Tribuna İnformasiya Agentliyi

Trampı tənqid edən jurnalistin mükafatı ləğv edildi

09 Mart
Finlandiyalı tədqiqatçı jurnalist Cessika Aronun ABŞ tərəfindən layiq görüldüyü “Beynəlxalq Cəsarət Qadınları Mükafatı” ləğv edilib.
Qaynarinfo xəbər verir ki, ABŞ Dövlət Katibliyi tərəfindən mükafatın veriləcəyini fevral ayında açıqlanmışdı, lakin bu qərarın ləğv edildiyi bildirilir. Aro 2016-cı ildə ABŞ prezident seçkilərinə Rusiya müdaxiləsi ilə bağlı ifşa fəaliyyətinə görə mükafata layiq bilinmişdi. İddiaya görə, Cessika Aronun sosial şəbəkə hesabında prezident Donald Trampı tənqid etməsi mükafatının ləğvinə səbəb olub.
Qeyd edək ki, jurnalistə mükafatın ləğvi ilə əlaqədar rəsmi məlumat göndərilməyib. Qərarın Dövlət Katibliyinin rəsmiləri tərəfindən verildiyi güman edilir.