Trampdan koronavirus tövsiyələribackend

Trampdan koronavirus tövsiyələri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp koronavirusdan qorunmaqla bağlı tövsiyələr verib.

TİA.AZ-ın RİA “Novosti”yə istinadən məlumatına görə, Birləşmiş Ştatların rəhbəri koronavirusa yoluxmamaq üçün əlləri yumağı və ardıcıl əllə görüşməməyi məsləhət görüb.

“Yəqin eşitmisiniz, mən hər halda bunu tez-tez edirəm, amma siz əllərinizi yumalı, təmizliyə riayət etməlisiniz. Əgər ehtiyac olmasa, hər tutacaqdan tutmaq vacib deyil. Yəni soyuqdəymə zamanı riayət edilməli müəyyən şeylər var”, – deyə o jurnalistlərə bildirib.

Tramp çoxdandır görmədiyi şəxsin bir həftə əvvəl ona necə yaxınlaşmasından da danışıb.

“O məni qucaqladı, öpdü. Soruşdum: – səndə hər şey qaydasındadır? O deyir: – Yox, mənim qorxunc hərarətim və soyuqdəyməm var”. Və o məni qucaqlayır, öpür. Üzr istədim və əllərimi yumaq üçün çıxdım”, – Tramp əlavə edib.