Tribuna İnformasiya Agentliyi

Trampa görə müharibə başlayır

15 Dekabr

ABŞ-ın yeni prezidenti Donald Trampın “Tək Çin” siyasətinə qarşı çıxmasından sonra Uzaq Şərqdə gərginlik artıb. 
ABŞ-ın yeni prezidenti Donald Trampın “Tək Çin” siyasətinə qarşı çıxmasından sonra Uzaq Şərqdə gərginlik artıb.

TİA.AZ  xəbər verir ki, əvvəlcə Tayvand lideri Tsai İng-ven Trampı prezident seçilməsinə görə təbrik etdi. Daha sonra Tramp onunla telefon əlaqəsi qurdu.

Bu iki hadisə rəsmi Pekinin qəzəbinə səbəb olub. Çin Kommunist Partiyasına bağlı olan “Global Times” qəzeti isə müharibə çağırışı edib.

“Pekin “Tək Çin” siyasətinin altını qazan addımlara qarşı hərbi addımlar atmalıdır. Həmçinin, Çin Tayvanı ələ keçirmək üçün planlar qurmalı və hərbi müdaxilə üçün hazırlıqlarını sürətləndirməlidir”, – deyə qəzet yazır.

Ekspertlər hesab edir ki, rəsmi Pekin bu qəzetin dili ilə müharibə mesajı verir.