Tribuna İnformasiya Agentliyi

Trampa ərəb dünyasından çağırış: “Əsədin sarayını vur…”

08 Aprel

Əgər zərurət yaranarsa Birləşmiş Ştatlar Suriyaya yeni zərbələr endirməyə hazırdır. Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib. 

Əgər zərurət yaranarsa Birləşmiş Ştatlar Suriyaya yeni zərbələr endirməyə hazırdır. Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

Virtualaz.org xəbər verir ki, aprelin 7-də axşam BMT Təhlükəsizlik Şurasının ABŞ-ın Suriyanın Şayrat aviabazasına endirdiyi raket zərbələri ilə bağlı çağırılmış təcili iclasında diplomat Vaşinqtonun qərarını müdafiə edib. Bildirib ki, ABŞ olduqca düzgün addım atıb və zərurət yaranarsa yenidən bu cür radikal addımlar atmağa hazırdır. Nikki Heyli Suriyada baş verənlərə və İdlib əyalətinin Xan-Şeyxun qəsəbəsinə kimyəvi silah hücumuna görə məsuliyyəti birbaşa Əsəd rejiminin, habelə Suriyada cinayətlər törədən İranın daşıdığını bildirib. Rusiyanın rolu haqda bir qədər ehtiyatla danışan daimi nümayəndə deyib ki, Moskva Suriya rejiminin kimyəvi silah arsenalının məhv edilməsinə dair öhdəliklərinə məhəl qoymayıb.

Şayrat aviabazası raket zərbələrindən sonra 

Türkiyənin “Aksam” qəzeti isə yazır ki, Azərbaycandan tutmuş Sudiyyə Ərəbistanına qədər bir çox ölkənin mətbuatı, ictimaiyyəti və rəsmiləri Suriyaya endirilmiş raket zərbələrini dəstəkləyib. Üstəlik ərəb mediası prezident Donald Trampı bu zərbələrlə kifayətlənməməyə, Bəşər Əsədin sarayını vurmağa çağırdığı qeyd olunur.

Bu arada ABŞ-ın raket zərbələri endirdiyi Şayrat aviabazasından çəkilmiş fotolardan biri həmin bazada həqiqətən kimyəvi silah arsenalı olduğunu təsdiqləyib. Belə ki, “Tomoqavks” zərbələri endirilmiş anqarların birinin qarşısında kimyəvi silah üçün ikikomponentli konteynerlər qalaqlanıb. Fotunu “Conflict Intelligence Team” qrupu Facebook-da yerləşdirib. Bildirilir ki, ikikomponentli konteynerlər zarin qazı ilə hücum həyata keçirmək üçün nəzərdə tutulub. Komponentlərdən birinə izopril spirti və izoprilamin mayesi, digərinə metilfosfonildiftorid doldurulur.

Əsədin sarayı 

Sosial şəbəkə istifadəçiləri həmin konteynerləri Rusiyanın Bryansk vilayətinin Poçep qəsəbəsindəki labaratoriyada bundan əvvəl Suriya rejiminə aid kimyəvi silahların ləğvi zamanı çəkilmiş fotodakı konteynelərlə müqayisə edərək eyni olduğunu müəyyənləşdiriblər. Həmin ikibloklu koteynerlər həm kimyəvi silah hücumu, həm kaset bomba üçün istifadə olunur. Bundan əvvəl Əsəd rejimi və Rusiya Şayrat aviabazasında kimyəvi silah arsenalının saxlanıldığını qəti təkzib edirdi.


Bu arada Suriya hakimiyyəti bildirir ki, Amerikanın raket zərbələrinin hədəfi olmuş aviabazadan uçuşlar bərpa olunub və hazırda 30-a qədər təyyarə ölkənin müxtəlif hissələrində uçuşlar həyata keçirir.

TİA.AZ