Tramp yeni sosial şəbəkə yaradırbackend

Tramp yeni sosial şəbəkə yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bir neçə ay ərzində özünə məxsus platforma ilə sosial şəbəkələrə qayıdacaq.

TİA.AZ bildirir ki, bu barədə Trampın 2020-ci il prezident seçki kampaniyasının sözçüsü və məsləhətçisi Ceyson Miller Fox TV-yə müsahibəsində deyib. Bildirib ki, Tramp təxminən 2-3 ay sonra sosial mediaya qayıdır:
“Yeni platforma tamamilə Trampa məxsus olacaq. Bu platforma ilə oyunun taleyi yenidən təyin ediləcək və hər kəs Trampın nə etdiyini görmək üçün onu izləyəcək. Bir çox şirkət Trampa təkliflər edir və o, artıq öz komandasını qurur. Bu, çox böyük platforma olacaq və milyonlarla insan oraya axın edəcək”.
Qeyd edək ki, “Twitter” və “Facebook” bu ilin yanvarında ABŞ Konqresinə edilən hücumda 5 nəfərin ölməsindən sonra Trampın hesablarını əvvəlcə müvəqqəti, daha sonra isə həmişəlik bağlamışdı.