Tribuna İnformasiya Agentliyi

Tramp və Putin `İlin adamı`na namizəddir

29 Noyabr

Rusiya prezidenti Vladimir Putin Amerikanın “Time” jurnalının hər il seçdiyi “Person of the year” (İlin adamı) nominasiyasına namizəd göstərilib. 

Rusiya prezidenti Vladimir Putin Amerikanın “Time” jurnalının hər il seçdiyi “Person of the year” (İlin adamı) nominasiyasına namizəd göstərilib.

TİA.AZ xəbər verir ki, Putinin 3-cü sırada yer aldığı namizəd siyahısının ilk pilləsində ABŞ-ın yeni prezidenti Donald Tramp qərarlaşıb.

“Wikileaks” saytının qurucusu Culian Assanc isə 2-ci sırada yerləşir.

Siyahıda. həmçinin İngiltərənin “Brexit” qərarından sonra baş nazir kürsüsünə keçən Teresa May, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-da prezident seçkilərində məğlub olan Hillari Klinton yer alıb.

“Time” jurnalı ənənəvi olaraq özünün hər il sonuncu dekabr nömrəsində “İlin adamı”nı elan edir. “İlin adamı” nominasiyası 1927-ci ildən verilir. Jurnal 2007-ci ildə Vladimir Putini “İlin adamı” seçib.