Tribuna İnformasiya Agentliyi

Tramp Vaşinqtondakı çıxışından sonra Amerika bayrağını bərk qucaqlayıb – VİDEO

20 İyun

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda çıxış etdikdən sonra Amerika bayrağını bərk qucaqlayıb.

TİA.AZ xəbər verir ki, hadisə onun Müstəqil Sahibkarlar Milli Federasiyasının 75 illiyi münasibəti ilə çıxışından sonra baş verib.

Tramp çıxışını başa vurduqdan və auditoriyaya minnətdarlığını bildirdikdən sonra əvvəlcə zala toplaşanları alqışlarla dəstəkləyib, ardınca isə səhnədə qoyulan Amerika bayraqlarından birinə yaxınlaşaraq, onu bərk qucaqlayıb.