Tribuna İnformasiya Agentliyi

Tramp “Twitter”də Kim Çen Inın məktubunu yayıb

13 İyul

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla Sinqapurdakı görüşdən sonra özünün “Twitter” səhifəsində Koreya Xalq Demokratik Respublikası rəhbərinin məktubunu yerləşdirib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Tramp Kim Çen In barədə xoş sözlərini yazıb.

“Şimali Koreya rəhbərindən çox gözəl məktub. Əla irəliləyiş əldə olunub”, – deyə Amerika prezidenti məktubu şərh edib.

Qeyd edək ki, ABŞ və KXDR liderləri iyunun 12-də Sinqapurda görüşüblər. Görüşün yekununda Koreya yarımadasında sülhün əldə olunmasına yardım haqqında razılaşma əldə olunub.