Tribuna İnformasiya Agentliyi

Tramp Tillersona süfrəyə qoyulan köhnəlmiş “Sezar” salatını yeməyi əmr edib

14 Mart

ABŞ Prezidenti Donald Tramp Çinə səfəri zamanı görüş iştirakçılarını narazı salmamaq üçün Dövlət katibi Reks Tillersona süfrəyə qoyulan köhnəlmiş “Sezar” salatını yeməyi tapşırıb.

Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” yazıb.

Məlumata görə, hadisə ABŞ prezidentinin Asiya turu çərçivəsində Çin parlamentində keçirilən görüşdə yaşanıb. ABŞ nümayəndə heyətini qəbul edən ev sahiblərini incitməmək üçün Tramp Dövlət katibinə köhnəlmiş salatın dadına baxmağı təklif edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Dövlət katibi Reks Tillersonu ötən gün vəzifəsindən kənarlaşdırıb.