Tribuna İnformasiya Agentliyi

Tramp tezliklə ABŞ-ın hərbi kosmik qüvvələrinin qurulacağını vəd verib

05 İyul

ABŞ-da tezliklə hərbi kosmik qüvvələr yaradılacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların prezidenti Donald Tramp Ağ Evdə hərbi qulluqçular və onların ailə üzvləri qarşısında çıxışında bildirib.

“Hamı buna çox böyük ruh yüksəkliyi ilə yanaşır”, – deyə o qeyd edib.

Xatırladaq ki, Donald Tramp Amerikanın kosmosda üstünlük əldə etməsi üçün iyunun 18-də Pentaqona dərhal ölkənin hərbi kosmik qüvvələrinin formalaşdırılmasına başlamasını tapşırıb.

Ekspertlər proqnozlaşdırırlar ki, ABŞ-ın Silahlı Qüvvələrinin yeni növ qoşunlarının təmin edilməsi üçün Birləşmiş Ştatların ən azı 1 trilyon dollar xərcləyəcəyini proqnozlaşdırırlar. Ağ Ev rəhbəri biir neçə ay əvvəl də ABŞ-ın hərbi kosmik qüvvələrinin yaradılacağını bildirib.