Tribuna İnformasiya Agentliyi

Tramp tanınmış müğənninin ölümündə ittiham edilir

21 Noyabr

ABŞ-ın ötən həftənin cümə günü vəfat edən məşhur müğənnisi, Sharon Jones & The Dap-Kings qrupunun yaradıcısı Şeron Consun (Sharon Jones) ölümündə yeni seçilən ABŞ prezidenti Donald Trampı ittiham edilir. 

TİA.AZ  bu barədə AzVision.az”-a istinadən xəbər verir.

“Müğənni insanlara Trampın onda insult yaratdığını bildirib”, – deyə musiqi kollektivinin iştirakçılarından biri Qabriel Rot bildirib. O, əlavə edib ki, Cons noyabrın 8-də prezident seçkilərinin nəticələrini izləyərkən insult keçirib. Bundan sonra müğənni hərəkət edə bilməyib.

Müğənninin növbəti gün vəziyyəti daha da pisləşib. Onun yenidən insult keçirdiyi məlum olub. Bu hadisədən sonra müğənni danışa bilməyib və ayın 18-də dünyasını dəyişib.

Məlumata əsasən müğənni xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Cons üç il xəstəliklə mübarizə aparıb. 2013-cü ildə onda ikinci dərəcəli pankreas xərçəngi aşkarlanıb.

Xəstəlik bir müddət sabit vəziyyətdə qalsa da, 2015-ci ildə Consun qaraciyəri və digər orqanlarına xəstəlik yayılıb.