Tramp Talibanla sülh danışıqlarını dayandırdıbackend

Tramp Talibanla sülh danışıqlarını dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Taliban terror təşkilatı ilə sülh danışıqlarını dayandırıb.

TİA.AZ xəbər verir ki, Tramp bu barədə “Twitter” hesabında məlumat verib. Qərara səbəb Əfqanıstanın paytaxtı Kabildə təşkil edilən və ABŞ əsgərinin ölümünə səbəb olan terror hücumudur.

Qeyd edək ki, bu gün Kemp Deyviddə ABŞ və Taliban arasında gizli görüş planlaşdırılırdı.

Ötən həftə Qətərdə 9-cu ABŞ-Taliban sülh danışıqları yekunlaşıb. Görüşlərdən sonra ABŞ Əfqanıstandakı 5 hərbi bazadan 5 min əsgərini geri çağıracağını açıqlayıb.