Tribuna İnformasiya Agentliyi

Tramp Suriya hücumu haqda: “Özüm əmr vermişəm”

07 Aprel

İdlibdəki kimyəvi hücumla bir çox insan və hətta gözəl uşaqlar asta-asta, vəhşicə və insafsızca öldürüldü. 

İdlibdəki kimyəvi hücumla bir çox insan və hətta gözəl uşaqlar asta-asta, vəhşicə və insafsızca öldürüldü.


TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp bəyan edib.

“Əsəd yardıma möhtac olan qadın və uşaqları qətlə yetirdi. Suriya rejiminin kimyəvi silahdan istifadə etməsi ilə bağlı şübhəm yoxdur. Bu gecə kimyəvi hücumun həyata keçirildiyi aviabazanın məhvi ilə bağlı əməliyyat əmri verdim. Bundan öncəki addımlar uğursuz olduğu üçün miqrasiya böhranı davam edir və bölgədəki qeyri-stabillik ABŞ və müttəfiqlərini təhdid edir. Bu axşam bütün mədəni ölkələri Suriyadakı qətliamı və hər cür terrorizmi dayandırmaq üçün ABŞ-a qatılmağa dəvət edirəm. 

Bugecəki hücum ABŞ-ın təhlükəsizliyi üçün vacib idi”, – deyə o bildirib.

Qeyd edək ki, bu gecə ABŞ Suriyanın Şayrat aviabazasına raket zərbələri endirib. Vaşinqton bunu Suriya hökumətinin İdlibdə həyata keçirdiyi kimyəvi hücuma cavab olduğunu bildirib.