Tribuna İnformasiya Agentliyi

Tramp seçkiqabağı verdiyi vədlərdən daha artığını yerinə yetirdiyini bildirib

06 Noyabr

ABŞ prezidenti Donald Tramp 2016-cı ildə seçkiqabağı kampaniya zamanı verdiyi vədlərdən daha artığını yerinə yetirdiyini bildirib.

“Report” xəbər verir ki, o bunu Ohayo ştatında tərəfdarları ilə görüşdə deyib.

“Həqiqətən mən verdiyimdən daha çox vəd yerinə yetirmişəm. Siz nə zaman bir siyasətçidən belə bir bəyanat eşitmisiniz? Bəlkə, heç vaxt? Heç vaxt! Bu barədə danışmaqda da bir məna görmürəm. Çox, çox şeylər”, – deyə o bildirib.