Tribuna İnformasiya Agentliyi

Tramp Robert De Niroya cavab verdi: Oyan, sərsəm!

13 İyun

ABŞ prezidenti Donald Tramp keçən gün canlı yayında onu söyən Robert De Niroya ağır ifadələrlə cavab verib.

Musavat.com-un məlumatına görə, Tramp Sinqapurdan ABŞ-a qayıdarkən tvitter hesabında bunları yazıb: “Aşağı İQ-sü olan Robert De Niro flimlərdə gerçək boksçulardan başına çox yumruq yeyib. Dünən izləyib, onun sərsəm olduğuna inandım. Hesab edirəm, iqtisadiyyatımızdan xəbəri yoxdur və bir çox şirkətlərin yenidən ölkəyə qayıtdığının fərqində deyil. Oyan, sərsəm!”

Qeyd edək ki, öncəki gün Oskar mükafatı sahibi De Niro 72-ci “Tony mükafatı” törənində canlı yayında Trampı təhqir etmiş və zaldan böyük alqış almışdı.