Tribuna İnformasiya Agentliyi

Tramp “Quduz köpəy”i nazir təyin etdi

02 Dekabr

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müdafiə naziri postuna təyin ediləcək şəxsin adını açıqlayıb. 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müdafiə naziri postuna təyin ediləcək şəxsin adını açıqlayıb.

TİA.AZ xəbər verir ki, “Quduz köpək” ləqəbi ilə tanınan dəniz piyadaları korpusunun istefada olan generalı Ceyms Mettis ölkənin baş hərbçisi olacaq.

Tramp Mettisi Pentaqon rəhbəri postuna təyin edəcəyini rəsmi olaraq dekabrın 5-də bildirəcək.

Qeyd edək ki, Ceyms Mettis Rusiya Prezidenti Vladimir Putini sərt tənqid etməklə tanınır. O, dəfələrlə Rusiyanı “yırtıcı dövlət” adlandırıb.