Tramp Putin haqqında: “O, məni bəyənirdi, mən də onu”backend

Tramp Putin haqqında: “O, məni bəyənirdi, mən də onu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın sabiq prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin onu bəyəndiyini və bunun qarşılıqlı olduğunu deyib.

TİA.AZ xəbər verir ki, Tramp bu fikri “Fox News” telekanalına müsahibəsində səsləndirib.

“Prezident Putinlə yaxşı münasibətim var idi, onu bəyənirdim, o da məni bəyənirdi. Bu, pis hal deyil, yaxşı haldır”, – o deyib.

Xatırladaq ki, rəsmi Moskva ilə Vaşinqton arasında münasibətlər 2016-cı ildə Donald Trampın prezident seçilməsindən sonra Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etdiyinə dair iddiaların yayılması ilə kəskin şəkildə pisləşib.