Tramp prezident seçkisinin keçirilmə tarixinin dəyişdirilməsini istəyibbackend

Tramp prezident seçkisinin keçirilmə tarixinin dəyişdirilməsini istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp prezident seçkisinin keçirilmə tarixinin dəyişdirilməsini tələb edib.

TİA.AZ  xəbər verir ki, o, bu barədə “Twetter” səhifəsində yazıb.

Onun sözlərinə görə, 2020-ci ildə poçt vasitəsi ilə səsvermə zamanı saxtakarlıq halları baş verə bilər: “Seçicilərin daha sakit və təhlükəsiz şəraitdə səsverməsi üçün seçkini təxirə salmaq olar?”.

Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkisi bu ilin noyabrın 3-də keçiriləcək. Hakim Respublikaçılar Partiyasının namizədi Donlad Tramp, müxalif Demokratlar Partiyasının namizədi isə sabiq vitse-prezident Cozef Baydendir.

Xatırladaq ki, koronavirusa yoluxma sayına görə ABŞ dünyada birinci yerdədir. Ölkə üzrə 4,5 mln nəfər virusa yoluxub, infeksiyadan 154 minə yaxın pasiyent ölüb, 2,2 mln nəfər sağalıb.