backend

Tramp prezident seçilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Wikileaks” saytının baş redaktoru Culian Assanc “RT” üçün eksklüziv müsahibəsində bəyan edib ki, ABŞ-da baş tutacaq prezident seçkilərində Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın qalib gəlməsinə imkan verilməyəcək. 

TIA.AZ-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Assanc bildirib ki, Tramp təklənib: “O, bütün qrup təşkilatlarını özündən kənarlaşdırdı. 

Banklar, kəşfiyyat, hərbi sənaye şirkətləri, iri xarici şirkətlər və sairə hamısı Hillari Klintonun ətrafında birləşib. Bunu KİV-lər haqqında da demək olar. Media sahibləri, hətta sadə jurnalistlər Klintonu dəstəkləyir”.

Assanc daha əvvəl bildirib ki, ABŞ prezidentliyinə namizəd Hillari Klinton öz yazışmalarında Səudiyyə Ərəbistan və Qətərin İŞİD-ə pul ayrıdığını etiraf edib.