Tribuna İnformasiya Agentliyi

Tramp özünün qolf klubuna gedərkən çağırılmadığı toyda iştirak edib – FOTO – VİDEO

02 İyul

 ABŞ prezidenti Donald Tramp dəvət olunmadan Milli qolf-klubu “Trump National Doral”da keçirilən toy mərasimində iştirak edib.

“Report”un məlumatına görə, bu barədə “TMZ” xəbər verib.

Nəşrin məlumatına görə, dövlət başçısı kluba özünün vertolyotu ilə enib, daha sonra şənlik tədbirinə qatılıb.

Tramp mərasimin qonaqları ilə görüşüb, həmçinin evlənənləri təbrik edib. ABŞ prezidenti gəlini qucaqlayaraq, yanağından öpüb, bəyin isə əlini sıxıb.

Bu, artıq ikinci belə hadisədir. ABŞ prezidenti 2017-ci ilin iyununda da ona məxsus qolf-klubda çağırılmadığı toy mərasimində iştirak edib.