Tramp: “Ölümlər ola bilər, artıq insanları evlərində saxlamayacağıq”backend

Tramp: “Ölümlər ola bilər, artıq insanları evlərində saxlamayacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ölkə iqtisadiyyatı yenidən fəaliyyətə keçərkən itkilər ola bilər. Çünki artıq insanları evlərində saxlamayacağıq. Lakin eyni zamanda da sosial məsafəni qoyuruyacaq və əlləriizi yuyacağıq”.
Qaynarinfoxəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. O, Kovid-19 səbəbindən işini itirmiş şəxslərin psixoloji problemlər yaşadığını deyib:
“Ölkədə onlara bir baxın. İnsanlar artıq dozadan və ya intihar səbəbindən ölürlər. Onları işlərinə geri qaytarmalıyıq. Biz də tədbirləri yumşaldaraq bunu edirik. Önümüzdəki 3 il boyunca evimizdə otura bilmərik. Ölkə iqtisadiyyatını yenidən dirçəltmək lazımdır”.
Tramp həmçini bildirib ki, peyvəndin olub olmayacağından asılı olmayaraq, hər kəs normal həyatına geri qayıdacaq. Qadağaların yumşaldılacağı təqdirdə ABŞ-da günlük ölü sayının 3 minə çatacağı ilə bağlı proqnozlara da münasibət bildirən Ağ Ev rəhbəri Con Hopkins Universitetinin fəaliyyətini tənqid edib. Bildirib ki, lap əvvəldən yanlış proqnozlar veriblər və bunu indi də davam etdirirlər.