Tribuna İnformasiya Agentliyi

“Tramp olduğu məkana 20 dəqiqə sonra vertolyotla gəldi”

18 May

Microsoft-un həmtəsisçisi və dünyanın ən varlı ikinci adamı olan Bill Qeyts ABŞ prezidenti Donald Trampla bağlı xatirələrini bölüşüb.

TİA.AZ  Sputnik Türkiye-yə istinadla xəbər verir ki, MSNBC kanalında yayımlanan “All in with Chris Hayes” şou proqramına qatılan B.Qeyts prezidentlə xatirələrindən danışıb.

O bildirib ki, qızı ilə birlikdə iştirak etdiyi tədbirə Tramp 20 dəqiqə sonra vertolyotla gəlib.

“Donald Tramp 20 dəqiqə sonra eyni məkana vertolyotla gəldi. Yəni, məkanı tərk etdi, sonra da vertolyotla təntənəli şəkildə daxil oldu”.

B.Qeyts, həmçinin bildirib ki, Tramp ondan bir neçə dəfə HİV ilə HPV virusları arasındakı fərqi də soruşub.