Tramp Merkeli gic, Meyi axmaq qadın adlandırıb – CNNbackend

Tramp Merkeli gic, Meyi axmaq qadın adlandırıb – CNN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp dünya liderləri ilə məxfi danışıqları zamanı onlardan bəzilərinin ünvanına aşağılayıcı və təhqiredici ifadələr işlətməyi özünə rəva görüb, digərləri ilə ünsiyyət zamanı isə «zəiflik» göstərib.

Öz mənbələrinə istinadla, bu barədə «CNN» xəbər verib.

Məsələn, xəbər verilir ki, Almaniya kansleri Angela Merkellə danışıq zamanı Ağ Evin başçısı onu «gic» adlandırıb – ona görə ki, guya Berlin Rusiyanın təsiri altındaymış. Böyük Britaniyanın sabiq Baş naziri Tereza Meyin də payına təhqir «Brekzit»ə görə düşüb – Tramp onu «axmaq qadın» adlandırıb.

ABŞ lideri Fransanın prezidenti Emmanuel Makronu, Kanadanın və Avstraliyanın Baş nazirləri Castin Tryudonu və Skott Morrisonu da təhqirə «qonaq edib».

Bundan başqa, telekanalın həmsöhbətləri qeyd edirlər ki, Tramp tez-tez Rusiya prezidenti Vladimir Putinlə və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla danışıq zamanı onlara uduzub və nəticədə «sayıqlamağa» başlayıb.