Tribuna İnformasiya Agentliyi

Tramp: “Məhəmməd Əlini əfv edə bilərəm”

09 İyun

Dünyanın əfsanəvi boksçusu, 2016-cı ildə vəfat edən Məhəmməd Əli əskər getmədiyi üçün məhkəmə tərəfindən cəzalandırılmışdı

 “Ölkə.Az” xəbər verir ki, sonradan Ali Məhkəmə tərəfindən əfv edilən boksçunu Tramp da əfv edə bilər.
Məhəmməd Əli 1967-ci ildə Vyetnam müharibəsində iştirak etməyi rədd etdiyi üçün məhkəmə tərəfindən cəzalandırılmışdı. Amma Ali Məhkəmə 1971-ci ildə bu cəzanı ləğv etmişdi.
Jurnalistlərə müsahibə verən Tramp isə deyib: “Əfvlə bağlı Məhəmməd Əlini düşünürəm. Düşündüyüm başqa insanlar da var”.
Məhəmməd Əlinin vəkili Ron Tvil isə açıqlama verərək deyib: “Trampın hisslərini anlaya bilirik. Amma əfv lazımsızdır”.
Qeyd edək ki, məşhur boksçu sabiq prezident Cimmi Karterin 1977-ci ildə əskərlikdə olmayanlar üçün imzaladı ümumi əfv sərəncamından yararlanmışdı.