backend

Tramp Klintonu `satqın` adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hillari Klinton Vaşinqtonu Suriyada Moskva ilə hərbi münaqişəyə çəkməyə çalışır ki, bu da üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxara bilər. 
Hillari Klinton Vaşinqtonu Suriyada Moskva ilə hərbi münaqişəyə çəkməyə çalışır ki, bu da üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxara bilər.


TİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp Miçiqan ştatında seçicilər ilə görüş zamanı bildirib.

“Hillari və onun müvəffəqiyyətsizliyə uğrayan Vaşinqton elitası Yaxın Şərqdə müharibələrə 6 trilyon dollar vəsait xərcləyib və hazırda orada vəziyyət əvvəlkindən də pisdir. İndi Hillari, nüvə silahı olan Rusiya ilə münaqişəyə girərək Suriyada həqiqi müharibəyə başlamaq istəyir ki, bu da bizi üçüncü dünya müharibəsinə çəkə bilər.”, – deyə Tramp vurğulayıb.

Prezidentliyə namizəd siyasi dairələrin təkəbbürlü nümayəndələri heç vaxt heç nədən dərs almadığını qeyd edib: “Onlar eyni səhvləri təkrar edir, həmin yalan sözləri danışır, onlar sonda müvəffəqiyyətsizliyə uğrayırlar. Hillari öz elektron poçt qutusuna yiyə dura bilmədiyi halda, ölkəni necə idarə edə bilər? Fəlakət, qalmaqal və satqınlıqlar biri-birini əvəz edir”.