Tramp kəşfiyyatın xəbərdarlığını saxta adlandırıbbackend

Tramp kəşfiyyatın xəbərdarlığını saxta adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp ötən ilin noyabrında kəşfiyyatın Çinin Uhan şəhərində koronavirusun yayılması barədə xəbərdarlığını saxta adlandırıb.

TİA.AZ-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti “Twitter”də bildirib.

O vurğulayıb ki, ABC telekanalı məsələ ilə bağlı yalan xəbər yayıb.

“Onlar bu yalan xəbəri yazanda səhv etdiklərini bilirdilər”, – deyə D. Tramp qeyd edib.

Xatırladaq ki, ABC telekanalı Amerika kəşfiyyatının hələ 2019-cu ilin noyabr ayında ABŞ hakimiyyətini Uhanda koronavirusun yayılması ilə bağlı xəbərdar etdikləri haqda məlumat yayıb.

Xatırladaq ki, son məlumatlara görə, ABŞ-da yeni tip koronavirusa yoluxanların sayı 465 nəfərdir, onlardan 16672 nəfəri vəfat edib, 25 min nəfər isə sağalıb.