Tribuna İnformasiya Agentliyi

Tramp İrana qarşı yeni sanksiyalarla bağlı fərman imzaladı

09 May

ABŞ prezidenti Donald Tramp İrana qarşı dəmir, polad, alüminium və mis hasilatı və istehsalı sahəsində sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.

Virtualaz.org RT-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş məlumatda bildirilir.

“Bu gün mən dəmir, polad, alüminium və mis istehsalı üzrə İran sektoru barəsində sanksiyaların tətbiqi haqqında fərman imzalamışam ki, bu sahə neftdən asılı olmayan ixracatdan ən böyük gəlir götürdüyü mənbədir”, – mətndə deyilir.