Tramp Ərdoğanı şahmat ustasına bənzədibbackend

Tramp Ərdoğanı şahmat ustasına bənzədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ərdoğan kimi xarici liderlər dünya səviyyəli şahmat oyunçuları olduğu üçün Baydenin onlarla baş edəcək güclü prezident olacağını sanmıram”.

TİA.AZ xəbər verir ki, bunu “Fox News”un canlı yayımında ABŞ prezidenti Donald Tramp qarşıdan gələn prezident seçkilərindəki rəqibi Co Bayden barədə danışarkən söyləyib.

“Ötən həftə dünya liderləri mənə zəng edərək Türkiyə prezidenti Ərdoğanın öhdəsindən gəlməyimi istəyiblər. Mənə dedilər ki, o, yalnız səni dinləyər, buna yalnız sən qadirsən”, – o əlavə edib.