Tribuna İnformasiya Agentliyi

Tramp Çin və Avropa İttifaqı haqda: “Çox ərköyünləşiblər”

18 May
ABŞ prezidenti Donald Tramp NATO baş katibi Yens Stoltenberqlə Ağ Evdəki görüşündən sonra jurnalistlərin suallarına cavab verib.
 
Sfera.az xəbər verir ki, bu gün Vaşinqtonda ABŞ Maliyyə Nazirliyi və çinli rəsmilər arasında başlayacaq ticarət danışıqlarının ikinci turu haqqında danışan Tramp danışıqlarına uğurlu nəticə ilə yekunlaşmasına şübhə ilə baxdığını deyib:
“Danışıqlar uğurlu olacaqmı? Şübhə ilə baxıram. Çünki Çin çox ərköyün olub. Avropa İttifaqı da çox ərköyünləşib. Digər ölkələr də çox ərköyün olublar, çünki ABŞ-dan nə istəsələr, 100% əldə etdilər. Bundan daha çoxunun reallaşmasına icazə verməyəcəyik”.
Avropa İttifaqı, Yaponiya və Cənubi Koreya və digər ölkələrin illərdir ABŞ-dan sandıqlarla dolu pul çıxardığını iddia edən Tramp “ABŞ üçün ticarət hər zaman tək istiqamətli oldu”, – deyib.
Çinin illərdir ABŞ-ı “həriflədiyini” bildirən Tramp “Buna görə Çini ittiham etmirəm. Ölkəmizin keçmiş liderlərini ittiham edirəm”, deyə qeyd edib.