Tribuna İnformasiya Agentliyi

Tramp çətirlə mübarizə apardı və uduzdu – VİDEO

30 Aprel

İşgüzar səfərindən sonra Vaşinqtona qayıdan zaman ABŞ prezidenti Donald Tramp külək səbəbindən çevrilmiş çətirinin öhdəsindən gələ bilməyib.

TİA.AZ xəbər verir ki, videonu Atrupar adlı istifadəçi “Twitter”də paylaşıb.

Müəllif videoya belə şərh yazıb:

“Çətir belə işləmir”.

Onun “tweet”i qısa zamanda sosial şəbəkədə yayılıb.

Bəzi istifadəçilər bu məsələdə “Rusiya izi” aşkar ediblər.

“Düşünürəm ki, o, KQB-dən gələn siqnalı tutmaq üçün çətiri çevirdi”, – Democracy Values adlı istifadəçi yazıb.