Tribuna İnformasiya Agentliyi

Tramp “Boeing Max”ın uçuşlarını dayandırdı

14 Mart
ABŞ prezidenti Donald Tramp “Boeing 737 Max 8” və “Boeing 737 Max 9” təyyarələrinin uçuşlarını dayandırıb.
TİA.AZ xəbər verir ki, qərardan sonra şirkətin səhmləri 2% ucuzlaşıb. “Boeing” açıqlama verərək “737 Max” təyyarələrinin təhlükəsizliyinə əmin olduğunu bildirib.
Qeyd edək ki, ötən bazar Efiopiyada “Boeing” təyyarəsi qəzaya uğramış, hadisə 157 nəfərin ölümü ilə nəticələnmişdi.