Tribuna İnformasiya Agentliyi

Tramp argentinalı həmkarını tərcüməsiz başa düşüb

30 Noyabr

ABŞ Prezidenti Donald Tramp argentinalı həmkarı Maurisio Makri ilə Buenos-Ayresdəki Prezident İqamətgahında jurnalistlərlə qısa görüş zamanı sinxron tərcümədən narazı qalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, M.Makri nitqini qurtaranda D.Tramp əlindəki sinxron tərcümə cihazını yerə atıb həmkarına xitabən “sənin dediyini bununla yox, elə öz dilində daha yaxşı başa düşdüm. Amma hər şey qaydasındadır” deyib.

Xatırladaq ki, hər iki dövlət başçısı Buenos-Ayresdə bu gün başlayan G20 zirvə görüşündə iştirak edir.