Birləşmiş Ştatlar İŞİD terror qruplaşmasının Suriyada qalan yaraqlıları ilə mübarizə apara-apara, öz hərbi kontingentini bu ölkədən çıxarmağa başlayır.
TİA.AZ TASS-a istinadən xəbər verir ki, bunu bazar günü ABŞ prezidenti Donald Tramp öz “Twitter” mikrobloqunda yazıb.
“Suriyadan çoxdan edilməli olan qoşunların çıxarılmasına başlayırıq. Lakin bununla yanaşı İŞİD-in ərazi xilafətinin qalıqlarına müxtəlif istiqamətlərdən hücumları davam etdiririk”, – o bildirib.
Halbuki daha əvvəl ABŞ hərbçilərinin ilk qrupununun Suriyadan çıxarıldığı bildirilmişdi.