Tribuna İnformasiya Agentliyi

Tramp: “ABŞ qoşunlarının Suriyadan çıxarılmasına başlanıb”

14 Yanvar

Birləşmiş Ştatlar İŞİD terror qruplaşmasının Suriyada qalan yaraqlıları ilə mübarizə apara-apara, öz hərbi kontingentini bu ölkədən çıxarmağa başlayır.

TİA.AZ  TASS-a istinadən xəbər verir ki, bunu bazar günü ABŞ prezidenti Donald Tramp öz “Twitter” mikrobloqunda yazıb.

“Suriyadan çoxdan edilməli olan qoşunların çıxarılmasına başlayırıq. Lakin bununla yanaşı İŞİD-in ərazi xilafətinin qalıqlarına müxtəlif istiqamətlərdən hücumları davam etdiririk”, – o bildirib.

Halbuki daha əvvəl ABŞ hərbçilərinin ilk qrupununun Suriyadan çıxarıldığı bildirilmişdi.