Tramp 50 milyard dollarlıq Çin malına tarif qoyurbackend

Tramp 50 milyard dollarlıq Çin malına tarif qoyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trump martın 22-də prezident memorandumu imzalayıb. Bu sənədlə azı 50 milyard dollarlıq Çin malına tarif qoyula bilər. Çin bu addımı kəskin pisləyib.

Trump ticarət təmsilçisi Robert Lighthizer-ə göstəriş verib ki, daha yüksək tarif qoyula biləcək məhsulların siyahısını hazırlasın.

“Bu, uzun müddətdir hazırlanır”, – deyən prezident əlavə edib ki, tariflər 60 milyard dollarlıq məhsula aid ola bilər.

Memorandumda bildirilir ki, Trump yalnız konsultasiya müddətindən sonra Çin idxalını hədəfə alacaq. Bu o deməkdir ki, spesifik mallarla bağlı dəyişikliklər Çinlə danışıqlar vasitəsiylə yoluna qoyula bilər.

Trump həmçinin maliyyə naziri Steven Mnuchin-ə göstəriş verib ki, 60 gün ərzində Çin şirkətlərinə yeni investisiya məhdudiyyətləri təklif etsin. Ağ evin iqtisadi müşaviri Everett Eissenstat-ın sözlərinə görə, məqsəd Birləşmiş Ştatların strateji saydığı texnologiyaları qorumaqdır.

Çinin Vaşinqtondakı səfirliyi Trump-ın planlaşdırdığı tariflərdən “bərk məyus” olduğunu bildirib, Birləşmiş Ştatları ticarət münasibətlərinə təhlükə yaratmamağa çağırıb.