Tribuna İnformasiya Agentliyi

Tramp Ərdoğana 100 milyard dollarlıq təklif etdi

13 Noyabr

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana 100 milyard dollarlıq müqavilə təklif edib.  TİA.AZ xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb. Nəşrin məlumatına görə ötən həftə Ərdoğana məktub ünvanlayan Tramp Ankara ilə dost olmaq niyyətini açıqlayıb . ABŞ lideri Türkiyəyə “Patriot” raketlərini, müasir hərbi təyyarələr və iqtisadi imtiyazlar vermək niyyətindədir. 100 milyard dollarlıq ticarət müqaviləsi ilə yanaşı, S-400 zenit-raket kompleksinin alınmasına görə tətbiq edilmiş sanksiyalar da ləğv ediləcək.   Trampın niyyətinin Konqresdə ciddi narazılıq doğurduğu da bildirilir.