“TOYOTA PRİUS”LAR CƏRİMƏLƏNİR, KATALİZATOR MONOPOLİYASI KİMDƏDİR?backend

“TOYOTA PRİUS”LAR CƏRİMƏLƏNİR, KATALİZATOR MONOPOLİYASI KİMDƏDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda “Toyota Prius” markalı avtomobillərdə katalizator olmaması səbəbindən kütləvi cərimələmə başlanıb. TİA.Az xəbər verir ki, DYP əməkdaşları həmin maşınları cərimə meydançalarına aparır və 150 manat cərimə protokolu tərtib olunur. Həmin avtomobillər isə ölkəyə gətiriləndə katalizatorları olmur və sürücülər özlərində günah görmürlər. Hazırda original olmayan katalizatorlar 500, yaxşıları isə 1000-1500 manatdır. Bildirilir ki, katalizator bazarı monopoliyadadır və hansısa inhisarçılar qiymətləri qaldırmaqla sürücüləri, xüsusən bu maşını taksi kimi istifadə edən şoferləri çətinə salıblar. Sürücülərin sözlərinə görə, bu marka maşınların idxalı zamanı əvvəlcədən texniki baxış olmalı və katalizator aşkarlanmalıydı. İndi sürücülərin cərimələnməsi katalizator satışını aktuallaşdırır. Qeyd edək ki, bu maşınlar hibriddir və ekologiyaya az zərər vururlar.

TİA.Az