Toylarla bağlı yeni qaydanın doğurduğu suallar – VİDEObackend

Toylarla bağlı yeni qaydanın doğurduğu suallar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu vaxta qədər restoranlarda çalışan ofisiantların əksəriyyətinin nə əmək, nə də xidməti müqaviləsi var idi. Çünki elə restoranlar var ki, ordaki işçilər necə deyərlər, bir gün bir restoranda, sabah başqa şənlikdə işləyir.
Nazirlər Kabinetinin toy, nişan və digər şənliklərlə bağlı təsdiq etdiyi qayda ofisiantların narahatlığına son qoyacaq.
Bildiyiniz kimi, 1 iyul tarixindən Azərbaycanda toy, nişan və digər şənliklərin keçirilməsinə icazə verildi. Nazirlər Kabinetinin dəyişikliyinə əsasən, sahibkar, yəni möhür səlahiyyətli şəxs öz işçilərini sistemə daxil etməlidir. Bunun üçün isə həmin restoranda işləyən əməkdaşların həm xidməti, həm də əmək müqaviləsi olmalıdır.
Daha ətraflı  süjetdə: