Toylarla bağlı nöqsana görə işdən çıxarılan rəis müavininin yerinə TƏYİNAT – ƏMRbackend

Toylarla bağlı nöqsana görə işdən çıxarılan rəis müavininin yerinə TƏYİNAT – ƏMR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax Rayon Polis Şöbəsinə yeni müavin təyin olunub.

Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Rəşad Abdullayev Qazax RPŞ-nin əməliyyat üzrə rəis müavini təyin olunub.

Bundan əvvəl o, Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində işləyib.

Qeyd edək ki, bir müddət əvvəl Qazax RPŞ-nin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə daxili işlər orqanları sıralarından xaric edilib.

Onun vəzifədən çıxarılmasına səbəb toylarda karantin rejimi qaydalarının pozulmasına göz yumması olub.