Toylar və həftəsonu ictimai nəqliyyatla bağlı qərar dəyişmədibackend

Toylar və həftəsonu ictimai nəqliyyatla bağlı qərar dəyişmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həftəsonu ictimai nəqliyyatın fəaliyyətinin bərpa edilməsi ilə əlaqədar hər hansı qərar açıqlanmayıb.

TİA.AZ xəbər verir ki, həmçinin ölkə ərazisində yas mərasimlərinin keçirilməsi ilə bağlı qoyulan məhdudiyyətlərlə bağlı da rəsmi münasibət bildirilməyib.

Bununla yanaşı, toylarla əlaqədar qoyulan qadağalar götürülməyib.

Qeyd edək ki, Bakı metrosu da həftə sonları fəaliyyət göstərməyəcək.

Brifinqdə həmçinin gələcəkdə COVID pasportu olan şəxslərə toy məclislərinin keçirilməsinə icazə veriləcəyi bildirilib.