Toyda KURYOZ OLAY: 55 minlik üç zərf yoxa çıxdıbackend

Toyda KURYOZ OLAY: 55 minlik üç zərf yoxa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada toyda bəylə gəlindən külli miqdarda pul olan hədiyyə zərfləri oğurlanıb.

Bu barədə REN TV məlumat yayıb.

Şənlik cümə günü, avqustun 5-də Granatny Lanedəki restoranda baş tutub. Bir anda səbəbkarların əyləşdiyi masadan cəmi 55 min rubl olan üç zərf yoxa çıxıb.

Zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hadisə ilə bağlı araşdırma aparılır.

Qonaqlardan birinin oğurluqda əli olub-olmaması barədə heç bir məlumat yoxdur.