Toyda COVID-19 pasportu olmayanların cəriməsini kim ödəməlidir?backend

Toyda COVID-19 pasportu olmayanların cəriməsini kim ödəməlidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“COVID-19 pasportunun olmamasına görə cəriməni həm restoran sahibləri, həm də toy sahibləri ödəməlidir”.
TİA.AZ xəbər verir ki, bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, çünki tərəflər arasında iltizam sənədi imzalanır:
“İltizam sənədinə uyğun olaraq, müştərək hüquqi öhdəlik götürülür. Hüquqi və ya fiziki şəxslərin hər birinin hüquqi məsuliyyəti var və buna uyğun inzibati tənbeh tədbirləri görülür”.