“Toyda 2 saata 10 növ yemək verilməsin” – Deputatdan təklifbackend

“Toyda 2 saata 10 növ yemək verilməsin” – Deputatdan təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu, toydur, adamlar şənlənməyə gəlir, xəstələnməyə gəlmirlər”
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O, bildirib ki, toylarda normal qaydada yemək vermək lazımdır:
“Toyda yemək verilsin, amma bizim vəhşi adətlərimizə görə 2 saata 10 növ yemək verilməsin. Bu qədər yeməyi kim yeyəcək? Bu, insanların sıxışdırılmasına gətirib çıxarır. Söhbət təkcə çay və şirniyyatdan getmir, yemək olsun, normal qaydada verilsə, heç bir problem olmaz. Amma 10 növ yemək verilməsi nəyə lazımdır? Bu, toydur, adamlar şənlənməyə gəlir, xəstələnməyə gəlmirlər. Ona görə də bu qaydalara dəyişiklik etmək lazımdır”.