Toya getdiyinə görə Abel Məhərrəmovla Əli Abbasov da cərimələndi – FOTObackend

Toya getdiyinə görə Abel Məhərrəmovla Əli Abbasov da cərimələndi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
AMEA-nın prezidenti, Prezident Admnistrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinə toy etməsi ətrafında qalmaqal davam edir. TİA.AZ xəbər verir ki, karantin dövründə qadağan olunmasına rəğmən, qız nəvəsinə toy edən Mehdiyevin artıq kürəkəni və qudası saxlanılıb. Belə ki, İlham Əliyev və Rövşən Mustafayev Abşeron rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs olunub.
Bu əsnada, toytda iştirak edənlərin də saxlanılması və cərimə ediləməsinə başlanılıb. JAMAZ.İNFO xəbər verir ki, bu gün toyda iştirak etmiş daha üç nəfər polis tərəfindən saxlanılıb. Məlumata görə, toyda çıxış edən və Ramiz Mehdiyevi “Azərbaycanın xilaskarı” adlandıran BDU-nun sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Filarmoniyanın direktoru Murad Adgözəlzadə saxlanılaraq, 400 manat cərimə ediliblər.