Tovuzdakı gecə atışmasının VİDEOSU YAYILDIbackend

Tovuzdakı gecə atışmasının VİDEOSU YAYILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Ermənistan ordusunun Tovuz rayonunu atəşə tutmasının görüntüləri ortaya çıxıb.

Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən yayılıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaları ilə bağlı məlumat yayıb. Düşmən cavab atəşi ilə susdurulub.