Tribuna İnformasiya Agentliyi

Tovuzda məktəbli 5 min manat tapdı və…

30 Aprel

Tovuz rayonunun Əyyublu kəndində hər kəs Sahib İsgəndərov adına tam orta məktəbin 8-ci sinif şagirdi Abbasov İdris Faiq oğlunun nəcib hərəkətindən danışır.

AZƏRTAC xəbər verir ki, İdris Abbasov kənddə yerləşən inşaat materialları mağazasının yanından keçərkən pul qabında 5 min manat tapıb və dərhal mağazanın sahibi Eyvaz Qocayevə məlumat verib. Eyvaz Qocayev isə sahibini taparaq pulu ona qaytarıb.

Məktəblinin daha bir nəcib hərəkəti isə onun təklif olunan mükafatdan imtina etməsi olub.