Tovuzda küçədə gecələyən 5 yaşlı uşağın qəribə taleyi: detallar məlum olur…backend

Tovuzda küçədə gecələyən 5 yaşlı uşağın qəribə taleyi: detallar məlum olur…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Uşağı zorla ananın əlindən almaq olmaz, bunun üçün məhkəmə qərarı olmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Tovuz rayon sakini Anar Sərvaz Tovuzda ananın azyaşlı övladını küçəyə atmasından danışarkən deyib. Anar Sərvaz azyaşlının anasının evi olduğunu vurğulayıb:
“Ana ailə qurmayıb, elə bir də baxıblar ki, hamilədir. Atasının kimliyi də bilinmir. Anası özü də bilmir, uşaq kimindir. Marketlərdə, çayçılarda gəzə-gəzə gününü keçirir, bir az da əqli cəhətdən problemi var. Kimisə yaxın qoymur, mən də onu uzaqdan çəkmişəm. Hüquq-mühafizə orqanları dəfələrlə uşağın anası ilə proflaktik söhbətlər aparıb. Amma ana bundan nəticə çıxartmayıb. Uşağı zorla anasının əlindən almaq da olmaz, bunun üçün məhkəmə qərarı olmalıdır. Uşağın hardasa 4-5 yaşı var”.
Anar Sərvaz deyir ki, bir neçə il öncə Xöşqədəm Baxşəliyeva həmin ailəni efirə çəkmək istəyib, nə qədər istəsələr də, ana getməyib:
“Anasının hərəkətləri normaldır, heç kimlə işi yoxdur, amma elə ki, bir söz deyirsən, səni təhqir edir, qışqırır, bağırır. Maraqlı burasıdır – evi varsa, uşaq niyə orada oturur? Hər gün gecə saat 12-dən sonra uşaq gəlib oturur orada. Bəlkə də səhəri orada açır. Hətta bir dəfə uşaq evdə tək olan vaxtlarda evi yandırıb”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər regional qrupundan verilən məlumata görə, Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı araşdırmalara başlanılıb. Qrupdan bildirilib ki, məsələ polis nəzarətinə götürülüb və aparılan araşdırmalar nəticəsində hüquqi qiymət veriləcək.