Tovuzda düşmənin atəşindən qorxmayan kiçik qəhrəmanlar – VİDEObackend

Tovuzda düşmənin atəşindən qorxmayan kiçik qəhrəmanlar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuzun sərhədyanı kəndlərində, demək olar ki, hər bir sakin atəşkəsin pozulmasına, dinc əhaliyə silahın tuşlanmasına öyrəşib. Buranın kiçikləri də böyükləri kimi ayıq-sayıq olmağa məcburdurlar.

TİA.AZ Xezerxeber.az-a istinadla məlumat verir ki, sərhədboyu kəndlərdə yaşayan uşaqların nə səhəri uşaq yuxusu ilə açılır, nə də həyatları yaşıdları kimi əyləncəli keçir.

Tez-tez təxribata məruz qalan sərhəd kəndlərində uşaqlar vaxtından tez böyüyürlər, ömürləri güllə səsi ilə keçir.

Onların oyuncaqları kuklalar, futbol topu, oyuncaq avtomatlar deyil, evlərinin bir addımlığına düşən mərmilər və top qəlpələridir. Bəzən günlərlə həyətə çıxıb həmyaşıdları ilə oynamağın həsrətini çəkirlər.

Atəş səslərinin adi kompüter oyunlarından fərqləndiyi bu yerdə onlar da özlərini qorumağa artıq öyrəşiblər.

Artilleriya atəşi nəticəsində həlak olan Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizovun nəvəsi balaca Əziz də elə babasının yadigar qoyduğu bu evin yeni sahibidir. O da tovuzlu olan minlərlə mərd insan kimi öz dədə-baba torpaqlarına bağlıdır.

Bu gün də Tovuzun yüzlərlə kiçik dinc sakini həyatlarını beləcə pəncərə kənarında, evlərin gizli yerlərində qorunaraq keçirir.