Tovuz və Donbasdan sonra Osetiyada da vəziyyət gərginləşdi – RUSİYA KARTLARINI AÇIRbackend

Tovuz və Donbasdan sonra Osetiyada da vəziyyət gərginləşdi – RUSİYA KARTLARINI AÇIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər regionda bir sıra ciddi hadisələr baş verir. Baş verən olayların fonunda bunun sıradan bir hal olmadığı, öncədən planlaşdırıldığı və məqsədli şəkildə reallaşdırıldığı ilk baxışdan diqqəti çəkməyə başlayıb. Daha çox Rusiyanın bölgəni qarışdırmaq istədiyi fonunda diqqəti çəkən proseslər isə getdikcə yayılmaqdadır.
JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan-Ermənistan sərhəddində yaşanan son olaylar, Tovuz cəbhəsində start götürmüş döyüşlər bir gün fasilə ilə yenidən aktivləşib. Aydın məsələdir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və yeni torpaqlar əldə etmək üçün əlverişli məqamlar gözləyib. Bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi Dağlıq Qarabağın erməni işğalında olması və Tovuz istiqamətində düşmənin yenidən fəallaşması bunun əyani sübutudur.
Qeyd edək ki, adətən iki ölkə arasında gərginlik və döyüş əməliyyatları daha çox Qarabağda diqqəti çəkirdi. Lakin bu dəfə Tovuzun seçilməsi onu göstərir ki, bu təkcə, ermənilərin beyninin məhsulu deyil. Elə Türkiyənin prezidenti Ərdoğanın verdiyi açıqlamasından da aydın görünür ki, belə bir cəsarət tapıb, Azərbaycana hücum etmək Ermənistanın həddi olmayan məsələdir.
Əslində, bölgədə baş verənləri diqqətlə izlədikdə nələrin baş verdiyini görmək bir xeyli asanlaşır. Azərbaycanla Ermənistan arasında başlayan müharibənylə eyni vaxtda Rusiyanın işğal altında saxladığı Ukrayna ərazisi olan Donbasda durum yenidən aktiv şəkil almağa başlayıb. Mütəmadi olaraq qondarma “Donbas Xalq Respublikası”nın silahlı birləşmələri Ukraynaının digər ərazilərini atəşə tutmağa başlayıb. Təbii ki, Kiyev tərəfi də sakit qalmayıb və cavab atəşi açıb. Hələlik Donbasda geniş hərbi əməliyyatlar yaşanmasa da, bunun tezliklə reallaşacağı gözləniləndir.
Dünən gələn xəbərlərdən sonra isə tam aydın olur ki, Kreml işin başındadır və müxtəlif bəhanələrlə bəzi ölkələri cəzalandırmaq istəyir. Belə ki, Rusiyanın Xarici İşlər Nazirliyi dünən Gürcüstan hakimiyyətinə xəbərdarlıq edib ki, Abxaziya və Cənubi Osetiya “sərhəddlərində” diqqətli olsun və təxribat cəhdlərini dayandırsın. Həmin bəyanatda deyilir ki, gürcü hakimiyyəti osetin və abxaz xalqları ilə “qonşuluq” münasibətlərini dərinləşdirmək və münasibətlər qurmaq üçün daha ciddi cəhdlə çalışmalıdır.
Nəzərinizə çatdıraq ki, belə bir bəyanatın verilməsinə səbəb olan hadisə bir neçə gün əvvəl baş verib. Gürcüstan vətəndaşı Zaza Kaxaladze Cənubİ Osetiyaya keçmək istəyərkən, bölgədə “sülhməramlı” kimi xidmət göstərən, əslində isə separatçı osetin rejimini müdafiə edən rus əsgərləri tərəfindən güllə ilə vurulub. Tiflis hökuməti bunu pisləyən bəyanatla çıxış edib, lakin hadisə rusların xoşuna gəlməyib.
İndi nə baş verir? Gedişat belə deməyə əsas verir ki, Rusiya bölgədə sonuncu oyunlarını oynayır. Məqsəd heç də xoş görünmür. Çünki indiyə qədər Rusiyanın dedikləri ilə oturub-durmayan Gürcüstan və Ukraynanın Kreml tərəfindən cəzalandırılmaq arzusu çoxdan var. Donbas, Luqanskının işğal edilməsi, Abxaziya və Cənubi Osetiyanın Rusiyanın himayəsi altına alınması, Dağlıq Qarabağda erməni separatçılarına dəstəyin verilməsi bunun tərkib hissəsidir. Ehtimal etmək olar ki, istər Tovuz cəbhəsində döyüşlərin aktivləşməsi, istər Donbasda gərginliyin artması, istərsə də Gürcüstana xəbərdarlığın edilməsi Rusiyanın planlı hərəkətinin tərkib hissəsidir. Xüsusən də, Kremlin “SSRİ-ni bərpa edəcəyik” və “vahid pul” bəyanatlarından sonra belə bir mənzərənin yaşanması xoş olmayan perspektivdən xəbər verir. Güman ki, Rusiya keçmiş SSRİ ölkələrini bir araya gətirmək, onları yenidən işğalı altlna salmaq üçün yeni planını işə salıb. Bu dəfə özü müharibə etmədən. Əlaltıları vasitəsi ilə.