Tovuz döyüşlərində beş qəlpə yarası alan qazimizlə VİDEOMÜSAHİBƏbackend

Tovuz döyüşlərində beş qəlpə yarası alan qazimizlə VİDEOMÜSAHİBƏ

“Sağ olsun dövlətimiz, mənim yoxluğumda valideynlərimə arxa-dayaq çıxıb”.

TİA.AZ xəbər verir ki, bunu qazi Nurlan Quliyev Baku TV-yə müsahibəsində qeyd edib.

Azərbaycan dövləti daim əsgərinin yanındadır. Ötən ay Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təxibat zamanı ağır yaralanan əsgər Nurlan Quliyev də istisna deyil.

O, Tovuzun Ağdam kəndi istiqamətində gedən döyüşlərdə yaralansa da, həkimlərimizin səyi nəticəsində yenidən sağlamlığına qovuşub.

N.Quliyevin müalicə aldığı müddətdə ailəsinə baş çəkən rəsmilər evlərinin əsaslı təmirə ehtiyac olduğunu görüb.

Beləliklə, Masallının Sığıncaq kəndində qazinin doğlub boya-başa çatdığı ev dövlət tərəfindən əsaslı təmir olunub. Dörd otaqdan ibarət mənzil tamamilə yenidən qurulub. Yeni dam örtüyü vurulub, döşəmə və tavan yenilənib, hamam və sanitar qovşaq tikilib.

Eyni zamanda, ev mətbəx mebeli, televizor və digər zəruri məişət avadanlıqları ilə təmin edilib. Həmçinin, həyətdə yeni su quyusu qazılıb, darvaza qoyulub. Bədəninin beş yerindən qəlpə yarası alan N.Quliyevin yeganə arzusu yenidən ordu sıralarına qayıtmaqdır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki